Bu axşam saat 18:00-dan etibarən paytaxt küçələrində ciddi tıcax müşahidə olunmaqdadır. Modern.az-a daxil olan məlumata görə, ən dəhşətli taxıc daha çox Bakının Nizami rayonunda qeydə alınıb. Belə ki, artıq bir neçə saat bundan öncə Qara Qarayev prospektində, metronun Neftçilər stansiyasından Xalqlar Dostluğu stansiyasına kimi, eləcə də prospektə yaxın küçələrdə yaranan tıxac hələ də aradan qaldırılmayıb. Sakinlərin sözlərinə görə, hər gün eyni mənzərə yaşanmaqdadır. Buna əsas səbəb kimi toy mövsümü başlaması ilə əlaqədar şadlıq saraylarına yollanan paytaxt sakinləri şəxsi avtomobillərini yol kənarlarında düzgün parkovka etməmələri göstərilir. Nəticədə demək olar ki, hər gün axşam saatlarında yollarda saatlarla tıxac meydana gəlir.
Hazırda Bakı yollarında tıxac davam etməkdədir.
Modern.az