Modern.az

Aleksey Navalnı xəstəxanaya köçürüldü

Aleksey Navalnı xəstəxanaya köçürüldü

Aktual

19 Aprel 2021, 14:12

Rusiya müxalifətinin lideri Aleksey Navalnını Vladimir vilayətində saxlanıldığı 2 nömrəli islah əmək müəssisəsindən məhbuslar üçün nəzərdə tutulan xəstəxanaya köçürülüb.

 

Modern.az RBK-ya istinadən xəbər verir ki, məlumatı Rusiya Cəzaların İcrası Federal Xidməti yayıb.

 

Bildirilib ki, həkimlər ona “vitamin terapiyası” müalicəsi təyin ediblər: “Hazırda Navalnının səhhəti normal dəyərləndirilir. Hər gün onu həkim-terapevt müayinə edir. Pasiyentin razılığı ilə ona vitamin terepiyası təyin olunub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı