Modern.az

"Mançester Siti" Avropa Super Liqasını tərk edir

Aktual

21 Aprel 2021, 00:59

Avropa Super Liqasını tərk edən ilk klub İngiltərə "Mançester Siti"si olub.

 

Modern.az xəbər verir ki, bununla bağlı klub bəyanat yayıb.

 

""Mançester Siti" futbol klubu Avropa Super Liqasının həyata keçirilmə planlarını işləyən qrupdan çıxış proseduru yönündə işə başladığını rəsmən təsdiqləyə bilər", - deyə klubun açıqlamasında deyilir.

 

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson öz sosial şəbəkə hesabında "Mançester Siti"nin bu addımını alqışlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı