Modern.az

Məktəbdaxili qiymətləndirmə nə vaxt keçiriləcək? - Nazirlikdən cavab

Məktəbdaxili qiymətləndirmə nə vaxt keçiriləcək? - Nazirlikdən cavab

Aktual

21 Aprel 2021, 15:56

Təhsil Nazirliyi şagirdlərin məktəbdaxili qiymətləndirilməsinin nə vaxt keçiriləcəyi məsələsinə münasibət bildirib.

 

Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Təhsil Nazirliyinin Kollegiyasının 21.01.2021-ci il tarixli KQ-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”na əsasən summativ qiymətləndirmə hər bir fənn üzrə yarımilin sonunda bir dəfə olmaqla aparılacaq.

 

Qeyd edilib ki, qiymətləndirmənin məsafədən və ya əyani olması barədə əlavə məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı