Modern.az

Yol polisi Daşkəsəndə reyd keçirdi - FOTO

Yol polisi Daşkəsəndə reyd keçirdi - FOTO

Aktual

22 Aprel 2021, 23:55

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

 

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı