Modern.az

Saatlıda piyadanı maşın vurub öldürdü

Saatlıda piyadanı maşın vurub öldürdü

Aktual

23 Aprel 2021, 00:07

Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Soltanabad kəndində qeydə alınıb.

 

İlkin məlumata görə, “VAZ-2106” markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Qədir Fazil oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı