Modern.az

İbrahimoviç daha bir il "Milan"da oynayacaq

İbrahimoviç daha bir il

Aktual

23 Aprel 2021, 00:34

“Milan” klubu futbolçusu Zlatan İbrahimoviçlə müqaviləsini yeniləyib.

 

Modern.az klubun rəsmi saytına istinadla xəbər verir ki, İtaliya A Seriyası nəhəngi 39 yaşlı hücumçu ilə anlaşmanın müddətini daha bir il uzadıb. İtaliya mətbuatının yaydığı məlumata görə isveçli futbolçu klubda ilə 7 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Z.İbrahimoviçin bu ilin oktyabrında 40 yaşı tamam olacaq. Futbolçu 2020-ci ilin əvvəlində karyerasında yenidən “Milan”a qayıdıb. Daha əvvəl 2010-2011-ci illərdə komandada oynayan Zlatan klubun heyətində 24 oyun keçirib və 17 qol vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı