Modern.az

Türkiyədə müalicə olunan Ağadadaş Ağayevdən XƏBƏR VAR

Türkiyədə müalicə olunan Ağadadaş Ağayevdən XƏBƏR VAR

Aktual

24 Aprel 2021, 15:30

Türkiyədə müalicə olunan Xalq artisti Ağadadaş Ağayevdən xəbər var.

 

Modern.az xəbər verir ki, aparıcı Nuran Hüseynov sosial şəbəkədə Xalq artistinin vəziyyətinin yaxşı olduğunu qeyd edib. N.Hüseynov yazıb ki, Ağadadaşın əhvalını yaxşı görüb: "Belə məqamlarda insan üçün vacib olan motivasiyadır.

 

Mən Ağadadaşa heç vaxt xəstə yatağı yaraşdırmazdım. Özünə də eləcə dedim. "Sənə yataq yox, səhnə yaraşır". Gülümsündü. "Tezliklə görüşərik" dedi. Allah şəfa versin!"

 

Xatırladaq ki, Xalq artisti Ağadadaş Ağayev bir neçə gün öncə İstanbuldakı xəstəxanaların birində əməliyyat olunub..

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!