Modern.az

Bakıda yol qəzası - xəsarət alanlar var - FOTO

Bakıda yol qəzası - xəsarət alanlar var - FOTO

Aktual

25 Aprel 2021, 00:39

Bakının Sabunçu rayonunda motosiklet avtomobilə çırpılıb.

 

Modern.az xəbər verir ki, hadisə Zabrat şossesində baş verib.

 

Belə ki, İmamverdi Məmmədov idarə etdiyi “Toyoto” markalı nəqliyyat vasitəsilə işıqforun yaşıl işığında sol dönmə əməliyyatı yerinə yetirərkən yüksək sürətlə gələn motosiklet ona çırpılıb. 

Qəza nəticəsində motosikletdə olan iki nəfər xəsarət alıb. Yaralılar açıq kəllə-beyin travması diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır (apa).

 
 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi