Modern.az

ABŞ-da Baydenə etiraz aksiyası başladı- VİDEO

ABŞ-da Baydenə etiraz aksiyası başladı- VİDEO

Aktual

25 Aprel 2021, 00:58

ABŞ Prezidenti Co Baydenin açıqlamasında 1915-ci il hadisələri ilə bağlı “soyqırım” sözünü işlətməsi böyük etirazlarla qarşılanıb.

 

Modern.az xəbər verir ki, Türkiyə və Azərbaycandan olan siyasətçilərin, dövlət və hökumət rəsmilərinin etirazları ilə yanaşı sadə insanlar da Baydenin sözügedən açıqlamasına öz etirazlarını bildiriblər.

 

Bununla əlaqədar ABŞ-ın Nyu-York şəhərinin Şeridan meydanında azərbaycanlı və türklərdən ibarət bir qrup insan etiraz aksiyası keçirib.

 

Aksiyaya onlarla insan yığışıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan etirazçılar “soyqırım” ifadəsinin doğru olmadığını, sözügedən iddianın saxta olduğunu bildirən şüarlar səsləndiriblər (baku.tv).

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi