Modern.az

Bakının bu rayonunda su kəsiləcək

Bakının bu rayonunda su kəsiləcək

Aktual

25 Aprel 2021, 14:25

Bakının Xətai rayonunun bəzi ərazilərində suyun verilişi dayandırılacaq.

 

Bu barədə Modern.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildirilib.

 

Məlumata görə, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün Bakının Xətai rayonunun Süleyman Əhmədov, Mingəçevir küçələrinə, Kazımaga Kərimov və Aşıq Qurban küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi