Modern.az

Almaniya qoşunlarını Əfqanıstandan çıxarır

Almaniya qoşunlarını Əfqanıstandan çıxarır

Aktual

30 Aprel 2021, 20:27

Almaniya Silahlı Qüvvələrinin Əfqanıstandakı missiyası başa çatır, Bundesver texnika və qoşunların geri çəkilməsinə başlayır.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Tapşırığımız başa çatıb. Bu gündən etibarən, çıxarılmaya (qoşun və texnikanın – red.) başlayırıq. Çoxməqsədli helikopterlərdən tutmuş, avtokranlara qədər hər şey Almaniyaya daşınır”, - qurumdan bildiriblər.

 

İlk mərhələdə 123 texnikanın çıxarılması nəzərdə tutulur. Prosesin təhlükəsizliyi KSK Xüsusi Təyinatlı Qüvvələri tərəfindən təmin edilir. Əfqanıstandakı Almaniya kontingentində əsasını hərbi təlimatçıların təşkil etdiyi 1 000-ə yaxın hərbçi var. Qoşunların geri çəkilməsinin sentyabr ayına qədər davam edəcəyi gözlənilir.

 

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...