Modern.az

Türkiyədə marketlərdə yalnız bunlar satılacaq

Türkiyədə marketlərdə yalnız bunlar satılacaq

Aktual

4 May 2021, 22:57

Mayın 7-dən etibarən Türkiyədə karantin rejimi ilə bağlı məhdudiyyətlər daha da sərtləşdiriləcək.

 

Modern.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, məhz bu tarixdən sonra marketlərdə yalnız əsas tələbat malları və gigiyena vasitələrinin satışına icazə veriləcək. 

 

Elektronika, oyuncaq, dəftərxana ləvazimatları, geyim, avtomobil aksesuarları, qab-qacaq və bağ-baxça üçün nəzərdə tutulmuş məhsulların satışı isə qadağan olunacaq.

 

Qeyd edək ki, daha əvvəl ölkə mağazalarında spirtli içkilərin satışı qadağan edilmişdi.

Məhdudiyyətlər mayın 17-dək qüvvədə qalacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ukrayna Rusiyaya dəhşət yaşatdı - Ö*lənlər var