Modern.az

Bill Qeyts və Melinda milyardları bölüşməyə başladılar

Bill Qeyts və Melinda milyardları bölüşməyə başladılar

Aktual

6 May 2021, 00:53

Amerikalı iş adamı, “Microsoft”un qurucusu Bill Qeyts boşandığı arvadı Melindanın hesabına 1,8 milyard dollar dəyərində qiymətli kağız köçürüb.

 

Modern.az “Bloomberg”ə istinadla xəbər verir ki, bu əməliyyat böyük ehtimalla ər-arvad arasında əmlak bölgüsü ilə əlaqəlidir.

 

Melinda Qeyts Kanada Milli Dəmir Yolu Şirkətinin səhmləri olaraq 1,5 milyard dollar, həmçinin “Autonation” avtomobil dilerinin 300 milyon dollar dəyərində qiymətli kağızını alacaq.

 

Eyni zamanda, bütün bunların yalnız hissələrin kiçik bir qismini təşkil etdiyi vurğulanır. Melinda həmçinin “Cascade Investments” fondunun 500 milyard dollar dəyərində qiymətli kağızına sahibdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...