Modern.az

Yaxın 3 ayda müəllimlərin sertifikasiyası gözlənilmir - RƏSMİ

Yaxın 3 ayda müəllimlərin sertifikasiyası gözlənilmir - RƏSMİ

Aktual

8 May 2021, 17:02

Yaxın 3 ayda müəllimlərin sertifikasiyasının keçirilməsi nəzərdə tutulmur.

 

Modern.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

 

Onun sözlərinə görə, buna səbəb pandemiyaya görə qeyri-müəyyənliyin olmasıdır:

 

"Amma bu il hansısa qrup üzrə sertifikasiyanın keçirilməsinə ümid edirik. Bunun payız aylarında olmasını nəzərdə tuturuq. Sertifikasiya qəfil ola bilməz, əvvəldən məlumat verilməlidir. Bunlar pandemiya ilə bağlıdır, pandemiya olmasaydı, bəlkə də proses artıq başlamışdı".

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi