Modern.az

Qubada 48 yaşlı qadın intihar edib

Qubada 48 yaşlı qadın intihar edib

Aktual

8 May 2021, 19:37

Qubanın Vladimirovka kəndində 48 yaşlı qadın intihar edib.

 

Modern.az xəbər verir ki, kənd sakini Xatirə Xasbala qızı Nurullayeva özünü yaşadığı evdə asaraq həyatına son qoyub. Ailəli olan qadının psixoloji durumunun yerində olmadığı deyilir.

 

Məlumata görə, o bir neçə gün əvvəl də intihar etmək istəyib. Hadisə yerində polis və prokurorluq əməkdaşları işləyib.

 

Quba rayon prokurorluğunda fakta görə araşdırma başlanılıb.İntihar edən qadın Qəcər-zeyid kəndində pasport qeydiyyatında olub.

 

Aytəkin ALXASLI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı