Vətən müharibəsi ərzində və ondan sonra da bir sıra dövlətlər Azərbaycanın zəfərinə kölgə salmağa çalışdı. Əfsuslar olsun ki, belə dövlətlərdən biri də Fransa idi. 30 ilə yaxın müddət ərzində Fransa ATƏT-in həmsədri kimi bir tərəfli mövqe seçərək, xüsusilə, son illərdə Ermənistan tərəfini saxlamağa başlamışdı.
Vətən müharibəsindən sonraki dövrdə isə Fransa Senatının rəhbəri Jerar Larşen Ermənistana səfərində Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etmişdi.
Ölkəmizdə səfərdə olan Fransa senatının üzvü, Fransa parlamenti komissiyasının sədr müavini Natali Qule işğaldan azad edilmiş ərazilərimizdə, Ağdamda səfərdə olub. Senat sədrinin dediklərinin əksinə, Natali Qule Qarabağda erməni vandalizmindən heyrətə gəldiyini bildirib.
"Azərbaycanda saxlanılan ermənilər hərbi əsir deyil, terrorçudurlar. Mən Ağdama səfər etdim. Biz orada bütün dağıntıları gördük. Heç nə qalmayıb, hər şey toza dönüb. Ermənistan minalanmış ərazilərin xəritəsini verməlidir".
Bu fikirləri Mediatürk tv-ə olan açıqlamasında fransalı senator Natali Qule deyib. Mediatürk tv həmin görüntüləri təqdim edir.