Modern.az

Samvel Karapetyan yenidən saxlanılıb - Yenilənib

Samvel Karapetyan yenidən saxlanılıb - Yenilənib

Dünya

Bu gün, 15:11

Ermənistanda “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın saxlanıldığı barədə məlumat yayılıb.

Modern.az xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları siyasətçini İrəvandakı evinin arxa çıxışından çıxararaq naməlum istiqamətə aparıblar.

Məlumata görə, Karapetyan həmin vaxt hakimiyyəti ələ keçirməyə çağırışlarla bağlı cinayət işi üzrə ev dustaqlığında olub.

Axtarışlar zamanı “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin Direktorlar Şurasının üzvü Vardan Makaryanın da saxlanıldığı bildirilir. O, əvvəllər Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın aparatına rəhbərlik edib, həmçinin Armen Sarkisyanın aparat rəhbəri vəzifəsini icra edib.

Ermənistan İstintaq Komitəsi iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı araşdırılan cinayət işi çərçivəsində 65 ünvanda eyni vaxtda axtarış aparıldığını açıqlayıb.

Karapetyan və Makaryanın saxlanılması barədə məlumatın rəsmi təsdiqi hələlik yoxdur.

14:57

"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onun hara aparıldığı açıqlanmayıb.

Xatırladaq ki, bu səhər tezdən İstintaq Komitəsinin müstəntiqləri "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın və "Güclü Ermənistan" blokunun parlament fraksiyasının lideri Narek Karapetyanın evlərində axtarış aparıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia