“Barselona” keçmiş oyunçusu Mikel Artetanı baş məşqçi postuna gətirə bilər.
Modern.az “Marca”ya istinadla xəbər verir ki, Ronald Kuman artıq qarşıdakı həftələrdə qovula bilər. Xavi isə Qətərin “Əl-Sadd” klubundan ayrıla bilmir. Bu halda baş məşqçi postuna ən ideal namizəd kimi Artetanın adı irəli sürülür.
Xatırladaq ki, Mikel Arteta hazırda “Arsenal”ın baş məşqçisidir.
Qeyd edək ki, "Barselona" Ronald Kumanın baş məşqçiliyi ilə UEFA Çempionlar Liqasında və La Liqada uğursuz çıxış edib. "Barsa" Kumanla yalnız İspaniya Kral Kubokunu qazanıb.