2030-cu ildə Azərbaycanda bir barel neftin fiskal itkisiz qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib.
Sənəddə qeyd olunub ki, bu göstərici hazırkı 85 dollar səviyyəsindən əhəmiyyətli dərəcədə aşağıdır.
Qiymət proqnozlarında dəyişkənlik yüksək olsa da, ortamüddətli dövrdə neftin bir barelinin qiymətinin 65 dollardan aşağı olması ehtimalı az qiymətləndirilir.
Həmçinin vurğulanıb ki, ortamüddətli dövrdə Dövlət Neft Fondundan büdcəyə transfertlərin azaldılması neftin qiymətinin əlverişsiz olduğu şəraitdə belə Fondun aktivlərinin qorunmasına imkan verəcək.
Qeyd edək ki, “Azeri Light” neftinin orta qiyməti yanvar–sentyabr aylarında 96 dollardan yuxarı olub.