ABŞ-də seçkilərin nəticələrinin maraqla gözlənildiyi Miçiqan ştatında Demokratlar Partiyasının müsəlman namizədi Əbdül əl-Sayed tərəfdarları qarşısında çıxış edib. O, ABŞ tarixində Senata seçilən ilk müsəlman olub.
Modern.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Əbdül əl-Sayed seçicilərinə müraciət edərək deyib:
“Miçiqan, biz bacardıq. Bu ştatın seçilmiş senatoru kimi qarşınızda dayanmaqdan qürur və şərəf duyuram”.
Seçki kampaniyasına dəstək verənlərə təşəkkür edən siyasətçi ona göstərilən etimadı doğrultmaq üçün çalışacağını və Miçiqan sakinlərinin gözləntilərini Vaşinqtona çatdıracağını bildirib.
Çıxışı zamanı əl-Sayed seçki kampaniyası boyunca müsəlman kimliyinə görə onu hədəf alan ABŞ Prezidenti Donald Trampa da müraciət edib.
“Donald, bilirəm, mənim adımı tələffüz etməkdə çətinlik çəkirdin. Buna görə də yanvar ayından sonra mənə sadəcə “Senator” deyə bilərsən”, – deyə o bildirib.