Modern.az

Paytaxtda yaşayış binasının həyətində yanğın

Paytaxtda yaşayış binasının həyətində yanğın

Aktual

26 May 2021, 00:28

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsində (S.Vurğun küçəsi ilə kəsişməyə yaxın ərazi) beşmərtəbəli yaşayış binasının həyətində yanğın olması barədə məlumat daxil olub.

 

Modern.az FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

 

İlkin məlumata görə, sahəsi təqribən 20 m² olan taxta konstruksiyalardan ibarət tikili yanıb. Yanğın bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə məhdudlaşdırılaraq tam söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı