Modern.az

Oqtay Gülalıyevin oğlu qəzaya düşdü

Oqtay Gülalıyevin oğlu qəzaya düşdü

Aktual

26 May 2021, 00:44

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev mayın 25-də axşam yol-nəqliyyat qəzasına düşüb. 

 

Modern.az "Turan" agentliyinə istinadən xəbər verir ki, o, avtomobilin sükanı arxasında olub və qarşıdan gələn avtomobillə toqquşub.

 

"Qarşıdan gələn avtomobil məhdudlaşdırıcı xətti keçdi və biz toqquşduq", - Gülalıyev bildirib.

 

Məlumata görə, onun burnu sınıb, kəllə-beyin xəsarəti alıb. Həkimin sözlərinə görə, başın sol tərəfində şişkinlik müşahidə olunur. Diz nahiyəsi zədələnib. Vəziyyəti orta ağırdır.

 

Təbriz Gülalıyev TƏBİB-in yardımı ilə saat 22.20-yə yaxın Bakı Sağlamlıq Mərkəzinə gətirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı