Modern.az

Kriptovalyuta haram sayılır? - Qafqaz Müsəlmanları İdarəsindən REAKSİYA

Kriptovalyuta haram sayılır? - Qafqaz Müsəlmanları İdarəsindən REAKSİYA

Aktual

26 May 2021, 09:00

Zaman keçdikcə pul inkişaf edən texnoloji nailiyyətlər sayəsində yeni və daha geniş imkanlara malik ödəniş vasitəsinə çevrilir. Bunlardan biri də kirptovalyutalardır. Kriptovalyuta - virtual valyutanın bir növü olmaqla bərabər, elektron ödəniş vasitəsidir.

 

Kriptovalyuta hər hansı dövlətin siyasətindən, qanunlarından, pul vahidindən aslı deyil və heç bir qurum tərəfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb-təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutası (əsasən ABŞ dolları) ilə mövcud bazar məzənəsinə uyğun mübadilə edilə bilir. Birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə valyuta sistemi ilə əlaqəli deyil. Kriptovalyuta sektoru əslində çox kiçik görünsə də, olduqca böyük bir sahəni əhatə edir.

 

Maraqlıdır, İslam dinində kriptovalyutaya münasibət necədir? Müsəlmanların kriptovalyutadan istifadə etməsinə din necə baxır?

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı hacı Şahin Həsənli Modern.az-a danışıb.

Onun sözlərinə görə, kriptovalyutadan istifadə etməyin haram olub-olmaması ilə bağlı dini müzakirələr davam edir.

“Elektron ödəniş şəbəkəsi olan kriptovalyuta haqqında hələ ki dini mövqeydən münasibət bildirilməyib. İnşallah, yaxın zamanlarda Qafqaz Müsəlmanları İdarəsi kriptovalyutadan istifadə ilə bağlı rəsmi münasibətini bildirəcək”.

 

Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı