Modern.az

Vikipediya-dakı səhvlərimiz...

Vikipediya-dakı səhvlərimiz...

Aktual

26 May 2021, 09:06

İnternetdə açıq ensiklopediya kimi yayımlanan Vikipediya-nın Azərbaycan dili bölməsində ermənilərin maraqlarına cavab verən müxtəlif yazılar diqqət çəkir. Bunları aradan qaldırmaq mümkündürmü?

Mütəxəssislər Vikipediya-da olan müəyyən problemlər, səhvlər haqqında Modern.az-a danışıblar:

Tədqiqatçı, jurnalist Araz Yaquboğlu deyir ki, Vikipediya-da müəyyən səhvlər olsa da, bu virtual ensiklopediya tərəfsizdir:

“Vikipediya da Ermənistanla bağlı olan məsələlər də var. Məsələn, bizim Vikipediya-da “Artsax Respublikası”, “erməni soyqırımı” haqqında yazılar mövcuddur. Bu məlumatları Vikipediya-dan silsək, başqa bir oxucu bunun haqqında məlumat axtaran zaman, tapa bilmədikdə xarici Vikipediya-ya yönələcək. Fransız, inglis, rus və s. xarici dilli Vikipediya-larda isə bizim əksimizə olan məlumatlar yerləşdirilib və oxucu həmin Vikipediya-ları oxuduğu zaman yalnış məlumat əldə etmiş olur. Bizim Vikipediya-da bu mövzulara tənqidi yönlə yanaşılır. Qeyd olunur ki, “Artsax Respublikası” mövcud olmayıb, qondarma sözdür, ermənilər özlərindən tarix düzəldirlər və s.

Bu səbəbdən oxucunun Azərbaycandilli Vikipediya-nı oxuması daha məqsədəuyğundur nəinki digər Vikipediya-ları oxuyub orada olan nağıllara inanması”.


Vikipediya üzrə mütəxəssis Elnur Eltürk:

“Vikipediya-da məqalələr mənbələr əsasında yaradılır, istinadlara söykənir. İstinadlar məqaləni gücləndirir və etibarlılığı artırır. Təəssüf ki, dünyanın nüfuzlu qəzet və jurnallarında ermənilərin maraqlarına cavab verən sistemli şəkildə əsassız yazılar yayımlanır. Onlar təbliğatda çox fəal olduqları üçün öz uydurma yalanlarına “akademik”, “elmi” rəng qataraq bunu fakt kimi çap etdirirlər. Həmin yazılar da Vikipediya-nın xarici dil bölməsində etibarlı istinad kimi öz əksini tapır. Sonradan onları aradan qaldırmaq çətin olur. Bu yazıların müəllifləri ermənipərəst elm adamlarıdır.
Ona görə də mütləq Azərbaycan tarixini, real həqiqətləri dünyanın nüfuzlu jurnallarında elmi, akademik şəkildə ortaya qoymaq lazımdır ki, sabah fakt kimi “vikiçilərimiz” müzakilərdə aktiv iştirak edə bilsinlər. Tutarlı arqument olsun”.

 Mehri Qurban

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı