Modern.az

Hər meyvəni öz vaxtında yemək MƏSLƏHƏTDİR

Hər meyvəni öz vaxtında yemək MƏSLƏHƏTDİR

Актуально

26 May 2021, 09:16

Meyvə  və tərəvəz yeməyin orqanizmə  faydaları yetəri qədərdir . Günümüzdə vaxtından tez yeyilən meyvə və tərəvəzlər çoxdur. O zaman sual yaranır, vaxtından tez istifadə olunan qidaların orqanizmə zərəri varmı?

 


Bu haqda Modern.az-a diyetoloq Şəfa Yadigarova danışıb.

 

Diyetoloq söyləyib ki, mövsümə uyğun vitamin çatışmazlığını həmin dövrdə yetişən meyvə və tərəvəzlərlə təmin etmək olar:  
                                                                                                                            

“Mövsümündən tez yetişən meyvə və tərəvəzlərin tərkibində müəyyən kimyəvi qatqılar olur. Həmin kimyəvi qatqılar da orqanizm üçün zərərlidir.  Hər mövsümün özünə uyğun müəyyən qida məhsulları var. İnsanlar da qidaları mövsümündə qəbul etməlidir. Mövsümə  uyğun vitamin və mineral çatışmazlığı olur. Biz  mövsümə uyğun vitamin çatışmazlığını həmin dövrdə yetişən meyvə və tərəvəzlərlə təmin edə bilərik”.       
 

Humay İsgəndərova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı