Modern.az

Deputat sakinləri narahat edən məsələləri dinlədi

Deputat sakinləri narahat edən məsələləri dinlədi

Aktual

26 May 2021, 08:35

Milli Məclisin deputatı Ceyhun Məmmədovun Bakı şəhərində məskunlaşan Cəbrayıl sakinləri ilə görüşləri davam edir. Növbəti görüşlər Nərimanov  rayonu Koroğlu Rəhimov küçəsi yarımçıq xəstəxana binasında, Nərimanov  rayonu Arif Hüseynov 31-də yarımçıq poliklinika binasında və Qobu Park 2 yaşayış kompleksində müvəqqəti məskunlaşan Cəbrayıldan olan bir qrup sakinlə olub.


Modern.az xəbər verir ki, görüşlərdə vətəndaşları narahat edən məsələlər dinlənilib, araşdırılması və həlli üçün qeydiyyata alınıb. Sakinlərə hər bir müraciətə baxılaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırlacağı bildirilib.


Nərimanov  rayonu Arif Hüseynov 31-də yarımçıq poliklinika binasında vətəndaşlarla görüş zamanı orada yaşayan, vətən müharibəsində yaralanan Cəbrayıl rayonu Qalacıq kənd sakini Nəbiyev Ələddin Asif oğlunun ailəsinə də baş çəkilib, qayğıları ilə maraqlanılıb.


Qobu Park 2 yaşayış kompleksində görüş zamanı burada yerləşən Cəbrayıl rayonu Soltanlı kənd məktəbində rayon təhsil şöbəsinin rəhbərliyi və məktəbin kollektivi ilə göruş keçirilib. Məktəbin şəraiti, şagirdlərin təhsili ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb. Görüşlər davam edir.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı