İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanda səfərdədir.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, onu Yerevanın Zvartnos hava limanında Ermənistan xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan qarşılayıb.
Məhəmməd Cavad Zərif Ermənistanın baş naziri səlahiyətlərini icra edən Nikol Paşinyan və Ara Ayvazyanla görüşəcək.
Qeyd edək ki, M.C.Zərif mayın 25-də Bakıda səfərdə olub. Prezident İlham Əliyev İranın XİN başçısını qəbul edib.