Modern.az

Gürcüstanda Hindistan ştammı aşkarlandı

Gürcüstanda Hindistan ştammı aşkarlandı

Aktual

27 May 2021, 19:44

Gürcüstanda koronavirusun Hindistan ştammına yoluxma halları təsdiqlənib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

 

Qeyd olunub ki, COVID-19-un təhlükəli növünün aşkarlandığı 5 şəxs Gürcüstana müxtəlif tarixlərdə daxil olublar. Müxtəlif ölkə vətəndaşları olan həmin şəxslərin 3-ü artıq ölkəni tərk edib.

 

Yerdə qalanlar təcrid olunub, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.(Report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı