Modern.az

Karapetyan ailəsinin evlərində axtarış aparılır

Karapetyan ailəsinin evlərində axtarış aparılır

Dünya

Bu gün, 10:08

Bu gün səhər saatlarından etibarən Ermənistan İstintaq Komitəsinin müstəntiqləri “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın və partiyanın parlament fraksiyasının rəhbəri Narek Karapetyanın mənzillərində axtarış aparırlar.

Modern.az xəbər verir ki, bu barədə “Güclü Ermənistan” partiyasının mətbuat katibi Aqavni Sukiasyan məlumat yayıb.

Onun sözlərinə görə, axtarışlar Karapetyan ailəsi ilə əlaqəli digər ünvanlarda da həyata keçirilir.

Ermənistan İstintaq Komitəsi bəyan edib ki, qurumun İqtisadi Cinayətlər və Qaçaqmalçılıq üzrə Baş İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarışlar aparılır. 

Qeyd edək ki, Samvel Karapetyan 2025-ci il iyunun 17-də Ermənistan Apostol Kilsəsini müdafiə edən çıxışından sonra hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb.

O, artıq 1,5 ildir həbsdədir. Hazırda ev dustaqlığında olan S.Karapetyanın işi Antikorrupsiya Məhkəməsində araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!