İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-da keçirilən aralıq seçkilərinin nəticələrinə münasibət bildirib.
Modern.az xəbər verir ki, Qalibaf sosial şəbəkə hesabındakı paylaşımında seçicilərin mövqeyini müharibəyə etiraz kimi qiymətləndirib.
“Vicdan, yoxsa bahalı həyat. Amerikalılar müharibəyə yox dedi və biz də bu mesajı dəstəkləyirik”, – o qeyd edib.
İran parlamentinin sədri ABŞ administrasiyasına xəbərdarlıq da ünvanlayıb:
“Əgər ABŞ hökuməti beynəlxalq ağalara və şantajçılara xidmət etmək üçün xalqın iradəsinə xəyanət etsə, bizim ‘yox’ cavabımızın özü ilə kabus gətirdiyini öyrənəcək”.