Modern.az

Demokratlar Senatı respublikaçılardan aldı

Demokratlar Senatı respublikaçılardan aldı

Dünya

Bu gün, 09:30

ABŞ-da keçirilən aralıq seçkilərində Demokratlar Partiyası Senatda çoxluğu əldə edib.

Modern.az AP-yə istinadən xəbər verir ki, demokratlar respublikaçıların ənənəvi dayaqları sayılan Texas, Cənubi Karolina və Kanzas ştatlarında da Senat seçkilərində qalib gəliblər. Partiya Şimali Karolina və Ohayoda da respublikaçıların mandatlarını qazanıb. 

Kanzasda 1932-ci, Texasda 1988-ci, Cənubi Karolinada isə 1998-ci ildən bəri ilk dəfə demokrat namizədlər Senata seçiliblər.

Səslərin hesablanması davam edir. Nümayəndələr Palatasında da üstünlük qazanan demokratlar bu palatada çoxluğu əldə etməyə yaxındırlar. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!