Modern.az

İraq prezidenti Azərbaycan xalqını təbrik etdi

İraq prezidenti Azərbaycan xalqını təbrik etdi

Aktual

27 May 2021, 20:09

İraq Respublikasının Prezidenti Bəhram Saleh Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.az-ın məlumatına görə, məktubda deyilir:

 

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

 

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Zati-aliləri Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

 

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlığın dost xalqlarımızın rifahı naminə daha da möhkəmlənməsini arzu edirəm".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı