Modern.az

Azərbaycanda bu gün rekord sayda insana vaksin vurulub

Azərbaycanda bu gün rekord sayda insana vaksin vurulub

Aktual

25 İyun 2021, 16:44

Azərbaycanda son sutkada 72301 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35972 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 36329 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 3218651 COVID-19 əlyehinə vaksin vurulub.

 

Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 270526 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1148125 nəfərdir.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...