Modern.az

Daha bir bələdiyyə sədrinə cinayət işi açıldı

Daha bir bələdiyyə sədrinə cinayət işi açıldı

Aktual

25 İyun 2021, 17:20

Lerik rayonu, Noda kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Lerik rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, Noda bələdiyyəsinin sədri Səlim Səfərov dövlət büdcəsindən bələdiyyəyə ayrılmış 1950 manat dotasiyanın 1600 manatını təyinatı üzrə istifadə etməyib:

“Nağdlaşdıraraq şəxsi ehtiyacına xərcləyib, həmçinin qeyd edilən pul vəsaitinin təyinatı üzrə xərclənilməsi görüntüsünü yaratmaq məqsədi ilə rəsmi sənədə bilə-bilə yalan məlumat daxil edərək vəzifə saxtakarlığı edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və cinayətin təfərrüatlarının araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir”.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!