44 günlük müharibədə Azərbaycanın qazandığı möhtəşəm qələbə Ermənistana bütün sahələrdə olduğu kimi, təhsil sisteminə də öldürücü zərbə vurub.
Belə ki, bu il ali məktəblərə keçirilən tələbə qəbulunun nəticələrinə görə 15 min yer boş qalıb. Müqayisə üçün belə bir fakt maraqlıdır ki, ötən il ali məktəblərdə 12 min 250 yer boş qalmışdı. Bir ildə bu fərq 2 min 750 nəfər təşkil edir. Belə vəziyyətin yaranmasının bir neçə səbəbi vardır:
Birincisi, Azərbaycanın qazandığı tarixi qələbədən sonra heç bir gələcəyi olmayan Ermənistandan əhali, xüsusən gənclər kütləvi şəkildə köçüb gedirlər. Ölkə boşalır. İkincisi, Ermənistanda mövcud olan keyfiyyətsiz təhsil sistemi uçurumun içindədir.
Təhsil eksperti Atom Mxitaryan “Sputnik Armeniya”ya verdiyi müsahibəsində bu vəziyyəti “biz dövlətçiliyimizi itiririk” kimi qiymətləndirib. Bu qiymətləndirmə çox gülməli və mücərrəddir. Çünki olmayan bir şeyi itirmək olmaz. Digər tərəfdən, bu, hələ harasıdır. Bir neçə ildən sonra heç ordu sıralarını doldurmaq üçün adam da tapa bilməyəcəklər...
Musa Qasımlı,
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü, professor