Modern.az

İki boksçumuz Rusiyada yarımfinala çıxdı

İki boksçumuz Rusiyada yarımfinala çıxdı

Aktual

2 Sentyabr 2021, 17:08

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında boksçularımızdan ikisi yarımfinala vəsiqə qazanıb.

 

Modern.az xəbər verir ki, təmsilçilərimiz İbrahim Zeynalov (50 kq) Muinxon Mavlonova (Tacikistan), Tağı Nəsibov (48 kq) isə Vadim Veçerskiyə (Belarus) dörddəbir finalda qalib gəliblər.

 

Qeyd edək ki, oğlanların yarışında ölkəmizi 5, qızların turnirində isə 3 boksçu təmsil edir.

 

Sentyabrın 2-də start götürən boks yarışları 4 gün davam edəcək. Oyunlarda bu gün dörddəbir final (ilkin) mərhələsinin qarşılaşmaları, növbəti 2 gündə yarımfinal görüşləri təşkil olunacaq.

 

Sentyabrın 5-də isə final görüşləri baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı