Qırğızıstan Prezidenti Sadır Japarov müdafiə naziri Taalaybek Omuraliyevi vəzifəsindən azad edib.
Modern.az-ın məlumatına görə, bu barədə o, müvafiq fərman imzalayıb.
T.Omuraliyevin başqa vəzifəyə keçməsi ilə əlaqədar işdən çıxarıldığı bildirilib.
Eyni zamanda Baktıbek Bekbolotov ölkənin yeni müdafiə naziri təyin olunub.
Qeyd edək ki, Taalaybek Omuraliyev bu ilin mayında Qırğızıstan müdafiə naziri təyin olunmuşdu.