Modern.az

Dünya şöhrətli aktyor vəfat edib

Dünya şöhrətli aktyor vəfat edib

Aktual

6 Sentyabr 2021, 18:37

Dünya şöhrətli fransız aktyor Jan-Pol Belmondo vəfat edib.

 

Moden.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

 

Aktyor 88 yaşında dünyasını dəyişib.

 

1933-cu ildə Parisdə dünyaya gələn aktyor 1957-ci ildə ilk filminə çəkilib. Ona məşhurluğu isə Jan-Lyuk Qodarın “Son nəfəsdə” filmi gətirib. Bundan sonra bir çox macəra və komediya filmlərində yer alan aktyor ümumilkdə 81-dən çox filmdə oynaıyb.

 

O, ən yaxşı kişi roluna görə 1989-cu ildə “Sezar” mükafatı laureatına, 2011-ci ildə "Qızıl Palma budağı" mükaftına, 2016-cı ildə isə "Qızıl şir" mükafatına layiq görülüb. Fəxri Legion ordeninin komandoru olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı