Modern.az

Rüstəm Muradovun xidmət müddəti başa çatdı

Rüstəm Muradovun xidmət müddəti başa çatdı

Aktual

6 Sentyabr 2021, 20:58

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Tərəflər Qarabağdakı sülhməramlı missiyanın gedişini, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

 

Görüşdə Muradovu kimin əvəz edəcəyi barədə məlumat verilməyib. 

 

Qeyd edək ki, may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı