Modern.az

Ukraynalı həkimlər qazilərimizi müayinə etdi - FOTO

Ukraynalı həkimlər qazilərimizi müayinə etdi - FOTO

Aktual

7 Sentyabr 2021, 12:00

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə Ukraynadan dəvət olunmuş həkim-ekspertlər tərəfindən 30 yaxın qazimiz müayinə olunub.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, qazilərin tibbi müayinələri, həkim qəbulu, laborator analizlər və digər tibbi xidmətlər pulsuz təşkil olunub.

 

Tibbi müayinə aksiyasında qurumun idarə heyəti, klinikanın rəhbərliyi və tibbi personalı iştirak edib.

 

Tibbi aksiyada çıxış edənlər bildiriblər ki, qurum tərəfindən davamlı olaraq əhəmiyyətli tibbi dəstəyi həyata keçirməkdə əsas məqsəd şəhid ailələri və qazilərin sağlamlığının daha da yaxşılaşdırılmasına ictimai təkan olmaqla yanaşı tibbi dəstək göstərməkdir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı