Modern.az

Türkiyədə “Mü” ştammı aşkarlandı

Türkiyədə “Mü” ştammı aşkarlandı

Aktual

7 Sentyabr 2021, 12:26

“Türkiyədə koronavirusun “Mü” ştammına iki yoluxma halı qeydə alınıb”.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

 

“Virusun yeni variantı olan “Mü” sadəcə iki hadisədə təsbit edilib. Pasiyentlərdə “Delta” və “Delta+”un təsiri olub”, - deyə nazir bildirib.

 

Fəxrəddin Qoca vaksinasiyanın sayının artması ilə yoluxma hallarının azalacağını da qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!