Modern.az

Afrikada koronavirusa yoluxma sürətlə artır

Afrikada koronavirusa yoluxma sürətlə artır

Aktual

7 Sentyabr 2021, 18:38

Afrika ölkələrində COVID-19-a yoluxanların sayı 8 milyonu keçib. 

 

Modern.az xəbər verir ki, Con Hopkins İnstitutunun məlumatında pandemiyanın başlanğıcından bəri qitədə 200 276 nəfərin yeni növ koronavirusdan vəfat etdiyi bildirilib.

 

Rəsmi rəqəmlərə görə, ən çox yoluxma Cənubi Afrika Respublikasında (2 milyon 821 min nəfər) aşkarlanıb.

 

COVID-19-un daha çox yayıldığı ikinci ölkə Mərakeşdir (884 min yoluxma). Tunis və Efiopiyada da pandemiya ilə bağlı vəziyyət ağır olaraq qalır.

 

Afrikada Fəlakətlərə Nəzarət və Qarşısının Alınması Agentliyi (Africa CDC) bildirib ki, qitədə pandemiyanın ən az yayıldığı məkan Mərkəzi Afrika regionudur.

 

Son məlumata görə, Afrikanın 54 ölkəsindən 42-sində Ümumdünya Səhiyyə Təşkilatının vaksinasiya ilə bağlı proqnozları yerinə yetirilməyib.

 

Sentyabrın sonunadək qitə ölkələrində əhalinin yalnız 10 faizinin tam vaksinasiya olunacağı gözlənilir, yardım qismində göndərilən 143 milyon dozanın bir hissəsi də vurulmayıb. Müqayisə üçün qeyd olunub ki, Avropa ölkələrində əhalinin 57 faizi tam vaksin olunduğu halda, Afrikada bu rəqəm cəmi 3 faizdir.

 

Eyni zamanda, bir çox Afrika ölkələrinə göndərilən vaksinlərin saxlanılması üçün şərait yoxdur.

 

Son iki gün ərzində qitənin bir çox ölkəsi inkişaf etmiş dövlətlərin, xüsusən Avropa İttifaqının yolladığı vaksinlərin bir hissəsini saxlama müddəti keçdiyi üçün geri qaytarıblar.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı