Modern.az

Azərbaycan millisi Ermənistana qalib gəldi

Azərbaycan millisi Ermənistana qalib gəldi

Aktual

7 Sentyabr 2021, 22:15

Yeniyetmə və gənclərdən ibarət badminton üzrə Azərbaycan millisi Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB oyunlarında mübarizəyə başlayıb.

 

Modern.az xəbər verir ki, ilk oyunda Belarusu 4:1 hesabı ilə məğlub edən yığmamız ikinci turda eyni hesabla Özbəkistana qalib gəlib.

 

Azərbaycan komandası 3-cü turda Ermənistanı 5:0 hesabı ilə üstələyib.

 

Qeyd edək ki, sabah millimiz dairəvi sistem üzrə keçirilən komanda yarışında növbəti görüşlərinə çıxacaq. İlk olaraq Rusiya ilə qarşılaşacaq yığmamız son turda Qazaxıstanla üz-üzə gələcək.

 

Qaliblər sabah müəyyənləşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı