Modern.az

Gürcüstanda karantin cərimələri silinir

Gürcüstanda karantin cərimələri silinir

Aktual

7 Sentyabr 2021, 23:00

Gürcüstan Parlamenti karantin qaydalarının pozulmasına görə tətbiq edilmiş və ödənməmiş cərimələrin əfv edilməsini nəzərdə tutan qanun layihəsini üçüncü və sonuncu oxunuşda qəbul edib.

 

Modern.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında səsə qoyulan qanun layihəsinə 88 deputat lehinə səs verib.

 

Qanun yalnız 2021-ci ilin 23 iyun tarixinədək yazılan cərimələrin silinməsini nəzərdə tutur.


Güzəştlər 245 min vətəndaşı və 344 hüquqi şəxsi əhatə edəcəyi, nəticədə 76 milyon lari (24 milyon ABŞ dolları) məbləğində cərimələrin silinəcəyi bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi