Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Kürkəndi kəndində baş verib.
Belə ki, Məmişlər kənd sakini, 34 yaşlı Ramil Tarverdiyev qaynı 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğluna boğazından və döş qəfəsindən bıçaqla xəsarət yetirib. İlkin bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə zamanı Ramil Tarverdiyev qayınanası Zərbəliyeva Gülzar Nuru qızını və öz həyat yoldaşı Tarverdiyeva Hilalə Əlifağa qızına da xəsarətlər yetirib. Gülzar Zərbəliyeva Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.