Modern.az

Azərbaycanda yeni idman strategiyası müəyyənləşdiriləcək

Azərbaycanda yeni idman strategiyası müəyyənləşdiriləcək

Aktual

8 Sentyabr 2021, 11:05

Azərbaycan idmanının strategiyası müəyyənləşdiriləcək. İdman mütəxəssisləri ilə birlikdə biz bu strategiya istiqamətində çalışacağıq.

 

Modern.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

 

Nazir bildirib ki, bu strategiya “İdman haqqında” qanundan başlayaraq, professional idman növlərini, o cümlədən uşaqları və gəncləri, bütün idman sahələrini əhatə etməlidir:

 

“Gələcəkdə uşaq və gənclərin idmanla məşğul olması ilə bağlı ciddi planlarımız var. Bu planlar isə yaxın müddətdə açıqlanacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi