Modern.az

Piyadanı vurub qaçan sürücü saxlanıldı

Piyadanı vurub qaçan sürücü saxlanıldı

Aktual

8 Sentyabr 2021, 11:23

Sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən piyada Vüqar Süleymanov vurulub və o, aldığı xəsarətlərdən ölüb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...