Modern.az

TƏBİB-in rəhbərliyi Milli Məclisə çağırılacaq

TƏBİB-in rəhbərliyi Milli Məclisə çağırılacaq

Aktual

8 Sentyabr 2021, 12:24

Milli Məclisin payız sessiyasında koronavirus pandemiyası ilə bağlı dinləmə keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

 

O bildirib ki, TƏBİB rəhbərliyi dinləməyə dəvət ediləcək:

 

“TƏBİB rəhbərliyi ölkədəki vəziyyətlə bağlı məlumat verəcək”.

 

Ə.Əmiraslanov həmçinin qeyd edib ki, qanunverici orqanın payız sessiyasında onkoloji xəstələrə göstərilən tibbi yardımın vəziyyəti, bu işin daha da yaxşılaşdırılması perspektivləri və ürək-qan dövranı çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardımın göstərilməsinə dair dinləmə də keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı