Azərbaycanın Xarici İşlər Nazirliyi Şimali Makedoniyanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində məlumat paylaşılıb.
“Müstəqilliyinin 30-cu ildönümündə Şimali Makedoniyanı səmimi-qəlbdən təbrik edirik və bu əlamətdar gündə uğur və rifah üçün ən xoş arzularımızı çatdırırıq. Müstəqillik Günün mübarək, Şimali Makedoniya!”, - məlumatda qeyd olunub.